Monteneqronun baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Cukanoviçi hava limanında baş nazirinin müavini Əli Əhmədov qarşılayıb…

Cukanoviçi hava limanında baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.

Sentyabrın 17-də Monteneqronun Baş naziri Milo Cukanoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqronun Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Milo Cukanoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar. 

www.oxu.az