Morninqstar: ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir

Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək…

Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir bu gün Bakıda keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundan əvvəl bildirib: “Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər “.

R.Morninqstar qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davam edən danışıqlar prosesində aktivdir: “Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir “.

 

/Trend/