Morninqstar: Regionda qeyri-sabitliyə səbəb Qarabağ münaqişəsidir

“Konkret qərarlar qəbul etmək üçün müştərək çalışmaq lazımdır”…

“Konkret qərarlar qəbul etmək üçün müştərək çalışmaq lazımdır”.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Vaşinqtonda, “ABŞ-Azərbaycan: Gələcək əməkdaşlığa baxış” adlı konfransda çıxış edib. 

Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, Amerika səfiri Riçard Morninqstarın bəyan etdiyinə görə, Azərbaycan və ABŞ arasında əməkdaşlıq uğurla inkişaf edir və böyük əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, Ukraynada yaranmış vəziyyət ABŞ və Azərbaycan arasında əməkdaşlığın vacib olduğunu nümayiş etdirdi.

O xatırladıb ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə səs verən ölkələr sırasındadır.

Riçard Morninqstar qeyd edib ki, Ukraynada baş verən hadisələrin kontekstində Qarabağ münaqişəsinin həlli çox vacibdir. Səfir münaqişənin regionda qeyri-sabitliyə səbəb olduğunu vurğulayıb. Səfir qeyd edib ki, münaqişənin həlli istiqamətində konkret tədbirlərin və qərarın qəbulu üçün Azərbaycan və Ermənistan müştərək çalışmalıdırlar.  

Morninqstar deyib ki, ABŞ Azərbaycan və erməni xalqı arasında humanist əlaqələrin inkişafı səylərini dəstəkləyir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sülhün bərqərar olmasına yardım edəcək.

www.oxu.az