Ankara. Mayis Əlizadə – APA. “Qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparacağıq”. Bu sözləri APA-nın Türkiyə təmsilçisi ilə söhbətində Türkiyənin yeni xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.
“Siz Azərbaycanı, Azərbaycan da sizi yaxşı tanıyır. Nazir kimi Azərbaycana hansı mesajı vermək istərdiniz?” – sualına M. Çavuşoğlu belə cavab verib: “Azərbaycan əmin olsun ki, mən həm də onun xarici işlər naziri kimi çalışacağam. Bütün məsələlərdə səylərimizi və qüvvələrimizi birləşdirəcəyik”.
“Qarşıdan 2015-ci il gəlir. Ermənilər Türkiyəyə qarşı “soyqırım” təzyiqini gücləndirəcəklər. Bununla bağlı hansı işləri görəcəksiniz?” – sualını isə yeni nazir Azərbaycan ləhcəsiylə “qondarma “erməni soyqırımı”na qarşı qardaş Azərbaycanla birgə mübarizə aparacağıq” – sözləriylə cavablandırıb.
/Apa/