Mübariz Əhmədoğlu: Ermənistanın adının Qriboyedovstan olması ən uğurlu variantdır

Ermənistanda ad dəyişmək, yeni ad qəbul etmək qəbahət deyil. İndiki Ermənistanın adı ilk əvvəl “Rus Ermənistanı “olub. Onu sonra “Kiçik Ermənistan “adı ilə əvəzləyiblər. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib…

Ermənistanda ad dəyişmək, yeni ad qəbul etmək qəbahət deyil. İndiki Ermənistanın adı ilk əvvəl “Rus Ermənistanı “olub. Onu sonra “Kiçik Ermənistan “adı ilə əvəzləyiblər. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistanda artan təsiri, eləcə də “ArmRosqazprom “un adının “Qazprom-Armeniya “-ya dəyişdirilməsi əlavə “Rosarmeniya “, “Rosprezident “, “Rosprimer ” terminlərinə yol açdı. Eləcə də Ermənistanın Kalininqradla analoji statusa malik olması barədə şərhlərin sayı artıb: “Bütün bunların fonunda Ermənistanın Təhsil və elm naziri,prezident S.Sərkisyanın partiya üzrə müavini A.Aşotyan Ermənistanın adının Şərqi Ermənistana dəyişdirilməsi məsələsini gündəliyə gətirib “.

Politoloq deyib ki, Rusiya prezidenti V.Putinə yaxın, yeni yaradılan “Russia Today “dövlət informasiya agentliyinin rəhbəri D.Kiselyovun Yerevanda A.S.Qriboyedov adına klub açıb və müntəzəm surətdə, ayda bir dəfə bu klubun işində iştirak edir: “Qriboyedov adı Ermənistan üçün ifşaedici addır. Kreml bu adla ermənilərə başa salmaq istəyir ki onların bu coğrafiyada nəyi varsa Rusiya ilə bağlıdır. Rusiyanın İranda səfiri işləmiş, İran tərəfindən “vəziri-muxtar ” (səlahiyyətli nazir) kimi qəbul edilmiş A.S.Qriboyedov İran ermənilərini Ermənistana və Dağlıq Qarabağa köçürmüşdür “.

M.Əhmədoğlunun fikrincə, Qriboyedov bu addımla onları İranın hədələrindən qorumaq istəyirdi: “Ermənilər isə Qriboyedovun inamını qazanaraq, İran şahı ilə İngiltərənin İrandakı səfirinin birgə planını reallaşdırdılar: Qriboyedovu öldürdülər. Kremlin mesajının mahiyyəti bəllidir və hər iki mənası ermənilər üçün öldürücüdür; Ruslar ermənilərə özlərinə məxsus olmayan torpaqları verib, dövlət yaradıb, əvəzində isə ermənilər çar rəsmisinə qarşı terroru reallaşdırıblar “.

Politoloq qeyd edib ki, bütün bunları ümumiləşdirib Ermənistanın adının Qriboyedovstan olması ən məqbul variantdır: “Ermənistanın yeni adı dünyada onları populyarlığını artıracaqdır. Bu həm də ermənilər üçün faydalıdır. Son illərdə ermənilər dünyaya küllü miqdarda kriminal ixrac ediblər. Dünyadakı qanuni oğruların təxminən yarısı erməni mənşəlidir. Erməni etnokriminallığını gizlətməkdən ötrü də Qriboyedovstan adı böyük məna daşıya bilər. Həm də S.Sərkisyan başda olmaqla Ermənistan rəhbərliyinin savadsız, məntiqsiz bəyanatlarının da izini bir müddət itirmək olar “.

/Trend/