Mustafa Cəmilov Poroşenkoya tatar batalyonu yaratmağı təklif edib

“Bu məsələ hələlik müzakirə mərhələsindədir”…

“Bu məsələ hələlik müzakirə mərhələsindədir”.

Krım-Tatar xalqının məsələləri üzrə müvəkkil, “Pyotr Poroşenkonun bloku”ndan deputatlığa namizəd Mustafa Cəmilov Ukrayna prezidenti Pyotr Poroşenko ilə ölkənin cənub istiqamətində Krım-Tatar batalyonunun yaradılmasının mümkünlüyünü müzakirə edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident partiyasının mətbuat xidməti məlumat yayıb. 

“Biz prezidentlə cənub istiqamətdə Krım-Tatar  hərbi birləşməsinin yaradılması məsələsini müzakirə etdik, çünki Herson vilayətində çox təhlükəli vəziyyət yaranıb. Bu məsələ hələlik müzakirə mərhələsindədir”, deyə Cəmilov bildirib.

Cəmilov əlavə edib ki, hazırda Ukraynanın şərqindəki xüsusi əməliyyatlarda müxtəlif batalyonların tərkibində  450-dək tatar vuruşur.     

www.oxu.az