Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb…

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanda Prezident qərara alıb ki, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:
“8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq”.

Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.

 

/Trend/