Xəbər verdiyimiz kimi, Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ötən həftə Türkiyənin ən nüfuzlu mükafatlarından biri olan “Qızıl portağal ” (Altın portakal) qazanıb…
Xəbər verdiyimiz kimi, Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ötən həftə Türkiyənin ən nüfuzlu mükafatlarından biri olan “Qızıl portağal ” (Altın portakal) qazanıb.
AZXEBER.COM Nəsrin Cavadzadə ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, aktrisa qardaş ölkədə ermənipərəst mövqeyi ilə ad çıxarıb.
Nəsrin Cavadzadə 22 fevral 2013 tarixində ermənilərin Türkiyədəki nəşri olan “Agos ” qəzetinə geniş müsahibə verib və Azərbaycan haqda tənqidi fikirlər söyləyib. O müsahibəsində yazıçı Əkrəm Əylislinin “Daş yuxular ” romanı haqqında fikirlərini bildirib: “Azərbaycanda Əkrəm Əylisliyə qarşı linç kampaniyası aparıldı. O əsərində bildirmişdi ki, erməni və azərbaycan xalqları dost xalqlardır və 70 il bir yerdə yaşayıblar. Onun günahı yalnız bu idi. Azərbaycanda başqa fikrə yer yoxdur, iqtidar belə adamları həmin an cəzalandırır.
Aktrisa daha sonra erməni mətbuatına müsahibəsində Azərbaycan iqtidarını kəskin tənqid edib ve deyib ki, Azərbaycanda demokratik mühit yoxdur: “Azərbaycanda demokratiyadan uzaq mühit var və iqtidar bütün medianı öz əlində saxlayır. Heç kim iqtidara qarşı çıxa bilmir. Orada yaşamaq mümkün deyil, bu səbəbdən də mən ailəmlə birlikdə oranı uşaq yaşlarından tərk etmişəm “.
Ailəmin çox yaxın erməni dostları, qonşuları vardı. Babam ermeni dilində anlayırdı, bir çox söz öyrənmişdi, biziynən o dildə danışırdı. Sonra mühit get-gedə pisləşməyə başladı. Qanlı Yanvar oldu, Qarabağ müharibəsi oldu, Xocalı qırğını oldu … Hər iki tərəfdən insanlar evlərini, yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Bizim erməni qonşularımız getdi, getmək məcburiyyətində qaldılar. Bir düşmənçilik mühiti yaradıldı. İnsanlar kinlə doldular. Dünən qardaş dediyinə, bu gün düşmən deməyə başladılar. Bu yaradılan düşməncə mühit bu gün də davam edir. Əkrəm Əylisli də bu mühitin qurbanı oldu. Əylisli bu iki xalqa yetmiş il boyunca qardaşca yaşadığını xatırlatmaq niyyətində idi və bu fikrin qurbanı oldu. “
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz: http://www.agos.com.tr/haber.php?seo=ekrem-eylisliye-yapilanlar-turkiyeye-yabanci-degil&haberid=4483
AZXEBER.COM