Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayevin SƏS TV-yə müsahibəsi:
– Azərbaycanda miqrantların vəziyyəti necə tənzimlənir?
– Azərbaycan miqrasiya cəhətdən cavan ölkələrdən biridir. Son dövrlər Azərbaycanın sosial iqtisadi inkişafı daha da genişlənir. Azərbaycana gələnlərin bir qismi əmək miqrantlarıdır. Ölkəmizdə təxminən 80 minə yaxın insan əmək miqrantı hesab olunur ki, onlar da müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu rəqəmin 40 %-i tikinti işlərində, 30%-i isə neft çıxarma sahəsində fəaliyyət göstərirdilər. Digərləri isə tranzit miqrantlardır. Onlar da üçüncü bir ölkəyə keçmək üçün Azərbaycandan istifadə edirlər. Çünki Azərbaycan dünya yollarının kəsişdiyi ərazidə yerləşir. Üçüncü qrupa isə bizim ölkədən olan miqrantlar daxildir. Bu insanlar da öz ölkələrindən etnik, dini və digər məsələlərə görə sıxışdırılıb. Onlar siyasi sığınacaqlar tapmaq üçün isə bizim ölkəyə gəlirlər…