Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bazeldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andrie və ATƏT-in fəlaiyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb…
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bazeldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andrie və ATƏT-in fəlaiyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Bu barədə cümə axşamı Trend “Mediamads”a istinadən xəbər verir.
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, Nalbandyan Ermənistanın həmsədrlərlə birgə Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirəcəyini təsdiqləyib.
Qeyd edək ki, bu gün və sabah Bazeldə ATƏT üzvü olan ölkələrin XİN rəhbərlərinin görüşü keçiriləcək.
/publika/