Nalbandyan: Qarabağ Ermənistan üçün maneə deyil

“Biz Dağlıq Qarabağla bərabər daxil oluruq deməmişdik”…

“Biz Dağlıq Qarabağla bərabər daxil oluruq deməmişdik”.

Dağlıq Qarabağ Ermənistana Avrasiya İqtisadi Birliyinə daxil olmağa mane ola bilməz.

Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə bu gün Yerevanda Avstriyanın Xarici İşlər naziri Sebastyan Kursla birgə mətbuat kofransı keçirən Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması məsələsini şərh edərkən bildirib.

Edvard Nalbandyan qeyd edib ki, bu birliklə əlaqədar danışıqlar “normal axara” düşür. 

“Yaxın günlərdə konkret nəticələr olacaq. Biz Dağlıq Qarabağla bərabər daxil oluruq deməmişdik. Dağlıq Qarabağ barədə ən yüksək səviyyədə bəyanatlar edilib. Dağlıq Qarabağ maneə ola bilməz”, – nazir bildirib.

www.oxu.az