“National Geographic Channel” Azərbaycanı təbliğ edəcək

Dövlət pul ayırdı…

Dövlət pul ayırdı.

Azərbaycanın turizm imkanlarının 2015-ci ildə hansı xarici populyar televiziya şirkətləri vasitəsi ilə təbliğ ediləcəyi açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi” kitabında deyilir.

Məlumata görə, 2015-ci ildə Azərbaycanın turizm imkanları “National Geographic Channel”, BBC, CNBC, “Euronews”, “Travel Channel” və CNN televiziya şirkətləri vasitəsi ilə təbliğ olunacaq.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 5 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2014-cü illə müqayisədə 4,3 milyon manat və ya 6 dəfə çoxdur.

www.oxu.az