NATO-nun baş katibi: “Azərbaycanla siyasi dialoqu və əməkdaşlığı dərinləşdirmək niyyətindəyik”

“İslahatların davam etdirilməsi Azərbaycan üçün çox vacibdir və NATO ölkəyə bu istiqamətdə kömək göstərməyə davam edəcək. Hesab edirəm ki, biz dialoq və əməkdaşlığımızı dərinləşdirə bilərik”…

 

“İslahatların davam etdirilməsi Azərbaycan üçün çox vacibdir və NATO ölkəyə bu istiqamətdə kömək göstərməyə davam edəcək. Hesab edirəm ki, biz dialoq və əməkdaşlığımızı dərinləşdirə bilərik”.

 

APA-nın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 

Baş katib görüşdə NATO-Azərbaycan formatında əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə etdiklərini söyləyib: “Biz siyasi dialoqu dərinləşdirmək niyyətindəyik”.

 

A. F. Rasmussen NATO-nun Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstəyini və əfqan təhlükəsizlik qüvvələri üçün təlimlər təşkil etməsini yüksək qiymətləndirdi