“Mən daha çox şey edəcəyimizi bilirəm”…
“Mən daha çox şey edəcəyimizi bilirəm”.
NATO Ukraynaya konkret hərbi yardım göstərəcək təşkilat kimi hərbi texnika və ya kəşfiyyat vasitələrinə malik deyil, bütün bunlar alyansın üzvü olan ölkələrə aiddir.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen Bratislavada keçirilən konfransda iştirakçıların suallarına cavab verərkən bildirib.
“İcazə verin xatırladım ki, NATO-nun hərbi texnikası yoxdur. NATO təşkilat kimi kəşfiyyat xidmətinə malik deyil. Biz alyansın ayrı-ayrı üzvlərindən asılıyıq. Beləliklə, hərbi texnika, kəşfiyyat, kommunikasiya vasitələri və digər məsələlər Ukrayna və alyansın ayrı-ayrı üzvləri ilə ikitərəfli danışıqlar əsasında həll edilməlidir”, – o deyib.
Baş katibin sözlərinə görə, Ukrayna Brüsselə yardım istədiyi məsələlərin siyahısını yollayıb, NATO da ona pozitiv reaksiya verib. Xahişlər alyansın real yardım edə biləcəyi sahələrə aiddir.
“Biz hərbi islahatlar sahəsində, Ukraynanın silahlı qüvvələrinin modernizasiyası sahəsində partnyor layihələrimizi genişləndirməyi, operativ qarşılıqlı təsiri gücləndirmək o cümlədən Ukraynanın NATO-nun tədrislərində iştirakını təmin etməyi qərara almışıq. Beləliklə, alyans kimi biz artıq çox iş görmüşük və mən düşünürəm ki, daha çox iş görəcəyik”, – baş katib qeyd edib.
O, həmçinin NATO üzvünün və partnyorun statusu arasında fərqin olduğunu xatırladıb. Şimal Atlantik alyansının müqaviləsinin 5-ci maddəsinə görə kollektiv müdafiə məsuliyyəti yalnız NATO üzvlərinə aiddir.