Nazarbayev Moskva, Minsk və Astananı birləşdirməyi təklif etdi

“Xəzərlə Qara dənizi yenidən birləşdirmək mümkündür”…

“Xəzərlə Qara dənizi yenidən birləşdirmək mümkündür”.

Moskva Dövlət Universitetinin tələbələri qarşısında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev region dövlətlərinə, o cümlədən Azərbaycana ciddi təsir edə biləсək layihələrdən danışıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, təklifini nəqliyyat dəhlizləri ilə bağlayan qazax lider ilk öncə Minsk, Moskva, Astana və Almatı şəhərlərini birləşdirən sürət qatarından danışıb. 

Daha sonra o, Qara dənizlə Xəzəri birləşdirən “Avrasiya” gəmiçilik kanalının çəkilməsinin vacibliyini bildirib.

“Yeri gəlmişkən, Qara dəniz – Xəzər kanalının layihəsi hələ çarın vaxtından işlənib, amma gerçəkləşdirilməyib”, – deyə, Nazarbayev vurğulayıb.

www.oxu.az