Nazarbayev xalqa müraciət edəcək

“Zaman gözləmir”…

“Zaman gözləmir”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ikinci gün “Nur Otan” partiyasının siyasi şurasında bəyan edib ki, bu gün xalqa müraciətlə çıxış edəcək, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Mən Sizə demək istərdim ki, zaman gözləmir. Çağırışlar çox kəskindir. Bizə hərəkət etmək lazımdır. Buna görə də qərara almışam ki, Qazaxıstan xalqına müraciət edim”, – agentlik Nazarbayevin sözlərini sitat gətirib.

“Mən niyə bunu əvvəlcədən edirəm, bunu sonra anlatacam”, – iclas iştirakçılarına müraciət edən dövlət başçısı bildirib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu müraciəti müasir çağırışların ölkəni narahat etdiyi üçün və tezliklə hərəkətə keçmək lazım olduğu üçün etdiyini açıqlayıb.

Hal-hazırda iclasın işində fasilə elan edilib.

www.oxu.az