Nazirliyin “pulsuz” kitabları 5 manata satılır

Kitablar məktəbdə paylanmadığından müəllimlər mağazalardan almağı məsləhət görüb…

Kitablar məktəbdə paylanmadığından müəllimlər mağazalardan almağı məsləhət görüb.
Təhsil mafiyası iş başındadır. Bazarlarda Nazirliyin pulsuz payladığı kitabların şıdırğı alveri gedir.
 
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buna dair nümunə yayılıb. 
İbtidai siniflər üçün nəzərdə tutulan və Təhsil Nazirliyinin pulsuz paylamalı olduğu kitablar mağazalarda satışa qoyulub.
 
Kitabın üzərində “pulsuz” sözləri yazılsa da, satıcılar sözün üzərinə qiymət göstəricisini yapışdırmaqla satışa çıxarıblar. Təhsil Nazirliyinin “pulsuz” kitabları mağazalarda 5 manata satılır.
 
Demək olar ki, şəhərin bütün kitab mağazalarında Təhsil Nazirliyinin pulsuz paylamalı olduğu kitabları satırlar. Valideynlər isə qeyd edir ki, kitablar məktəbdə paylanmadığından müəllimlər mağazalardan almağı məsləhət görüb.
 
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə sorğu göndərdik. Gün ərzində sorğumuza cavab veriləcəyini bildirdilər.
/Oxu.az/