WTI-nin qiyməti 0,31 dollar artıb…
WTI-nin qiyməti 0,31 dollar artıb.
Dünən hərraclarda keçirilən ticarətin sonunda neftin qiyməti ABŞ-da bu xammalın ehtiyatlarının proqnozlaşdırılan artımına baxmayaraq, iyuldan indiyədək müşahidə olunan maksimal səviyyəyə çatıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 28-də NYMEX Nyu-York Əmtəə Birjasında WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,42 dollar (0,5) bahalaşaraq, 81,42 dollara çatıb.
Londonda İCE birjasında Brent neftinin dekabr fyuçerslərinin qiyməti 0,2 dollar (0,2%) bahalaşaraq, 86,03 dollara çatıb.
Nyu-Yorkda elektron hərraclarda WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,31 dollar bahalaşaraq, bir barelə görə 81,73 dollar təşkil edib. Brent neftinin 1 barelinin qiyməti isə 0,31 dollar bahalaşaraq, 86,34 dollar olub (Oilru.com).