Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək…
Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Frans Timmermansın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
E. Məmmədyarovla görüşdən sonra mətbuat konfransı keçiriləcək.
/Apa/