“Bu bizim döyüşümüz deyil, bu o bölgənin İŞİD-ə qarşı müharibəsidir”…
“Bu bizim döyüşümüz deyil, bu o bölgənin İŞİD-ə qarşı müharibəsidir”.
ABŞ Prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizə mövzusunda jurnalistlərin suallarını cavablandırıb.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, Obama gözlənilənlərin əksinə olaraq, İraqa quru qoşunları çıxarmayacaqlarını bildirib:
“Bu işi tək başımıza görməyəcəyik. Mən ABŞ əsgərlərinə İraqda müharibə əmri verməyəcəyəm”.
Florida Mərkəz Komandanlığında çıxış edən Obama bu müharibənin ABŞ-a aid olmadığını deyib:
“Biz hava zərbələrini davam etdirəcəyik. Yerli qüvvələrə dəstək də verəcəyik. Onlar da bizə dəstək verəcək. Bu bizim döyüşümüz deyil. Bu o bölgənin İŞİD-ə qarşı müharibəsidir”.
Obama koalisiyaya daxil olmaq istəyənlərin çox olduğunu, lakin əməliyyatların müəyyən plan üzrə aparılacağını qeyd edib:
“Əgər biz bu döyüşü tək başımıza aparsaq, eyni problemlər yenə ortaya çıxacaq. Bəzi müttəfiqlərimiz bizə havadan dəstək verəcək. 40-50 ölkə koalisiyaya girmək istədi. Lakin bu mümkün deyil. İngiltərə və Fransa bizimlədir. Səudiyyə Ərəbistanı hərbçilərin öyrədilməsi üçün torpaqlarını açacaq. Almaniya kürdlərə döyüş üçün lazımı silah yardımını həyata keçirəcək”.