Obama konqresin sanksiyası olmadan da İD-ə qarşı mübarizəyə hazırdır

İslamçılarla mübarizə planını prezident üçüncü gün bəyan edəcək…

İslamçılarla mübarizə planını prezident üçüncü gün bəyan edəcək.

ABŞ prezidenti Barak Obama İraqda fəaliyyət göstərən “İslam Dövləti” yaraqlılarına qarşı hərbi əməliyyata başlamaq üçün bütün səlahiyyətlərə malikdir, Ağ evin rəhbəri əmindir ki, bunun üçün ona konqresin sanksiyası heç lazım deyil.

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, respublikaçı-deputatlar başqa fikirdədirlər, onlar hesab edirlər ki, Obama konqresə sorğu yollamalıdır; amma onlar da “İslam Dövləti”ni ciddi təhlükə hesab edirlər.

Con Beyner, ABŞ konqresinin nümayəndələri palatasının spikeri:

“RAND analitik korporasiyası yayda xəbər verib ki, bu gün (İraqda) prezident vəzifəyə başlayan zamandan bəri artıq iki dəfə terror faktı olub. Bu, həqiqətən ciddi təhlükədir və onunla bütün səviyyələrdə mübarizə aparmaq lazımdır”.

İslamçılarla mübarizə planını Obama üçüncü gün bəyan edəcək.

Ağ evdə daima qeyd edirlər ki, islamçıların “zəifləyib və son nəticədə məhv edilməsi” planı heç bir halda quru əməliyyatlarını nəzərdə tutmur.

Çox güman ki, söhbət ABŞ dəniz aviasiyasının yaraqlıların mövqelərinə vurduğu hava zərbələrinin gücləndirilməsindən, eləcə də Bağdad və “Peşmerq”ı silah, sursat, kəşfiyyat və müşavirə yardımlarının göstərilməsindən gedir.

www.oxu.az