Obama Suriyada islamçıları bombardman etməyə başlayıb

Rəsmi Dəməşqin bu barədə fikrini soruşan olmayıb…

Rəsmi Dəməşqin bu barədə fikrini soruşan olmayıb.

ABŞ Hərbi Hava Qüvvələri Suriyada “İslam Dövləti”nə avia zərbələr endirib.

Bu barədə Pentaqon bəyanat verib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.

Aviazərbələr zamanı “Tomaqavk” raketlərindən istifadə edilib, pentaqonun mətbuat katibi Con Kirbi bəyan edib.

Suriyada raket zərbələri üçün 20 hədəf seçilmişdi.

Bu zaman ABŞ-a zərbələr endirmək üçün “ərəb partnyorları” – Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Bəhreyn yardım edir, bunu adını bildirməyən amerikalı məmur agentliyə bəyan edib.

Belə bombardmanın planlaşdırıldığını dah öncə agentliyə Qərərgah rəislərinin Birləşmiş Komitəsinin sədri Martin Dempsi bildirmişdi.

“Biz İŞİD-in imkanlarını pisləşdirmık üçün, mövqelərini bombardman etməyə davam edəcəyik”, – o deyib.  

Bununla yanaşı ABŞ hakimiyyəti bəyan edib ki, Suriya ərazisində aviazərbələri Bəşər əsədin hakimiyyəti ilə koordinasiya etməyəcəklər.

 ABŞ-ın Dövlət Departamentinin nümayəndəsi Mari Harf jurnalistlərin sualına cavab verərkən, sentyabrın ortasında ABŞ Dövlət katibi Con Kerrinin bəyənatını təsdiqləyərək, Suriya ərazisində aviazərbələri Bəşər əsədin hakimiyyəti ilə koordinasiya etməyəcəklərini bildirib.

“O, [Kerri] dəfələrlə bildirib ki, biz bunu etməyəcəyik… mən bu gün ilişmiş val kimi təkrar edirəm… biz Suriya hakimiyyəti ilə  [islamçılara endirilən zərbələri] koordinasiya etməyəcəyik. prezident aydın bildirib ki, biz terrorçuları məhv edəcəyik, harda olurlar olsunlar. Əgər onlar Amerikaya hədə-qorxu gəlirlərsə, İraqda olduğu kimi Suriyada da onlara qarşı tədbirlər görəcəyik”, – Harf bəyan edib.

“Aydındır ki, biz planlarıməz barədə car çəkmək fikrində deyilik. Və Dövlət katibinin bildirdiyi kimi [əsədin] hakimiyyəti ilə koordinasiya etməyəcəyik”, – Dövlət Departamentinin mətbuat katibinin müavini qeyd edib.

Suriya ərazisində yaraqlılara qarşı güc tətbiq ediləcəyini ABŞ prezidenti Barak Obama da bəyan edib.

Obamanın sözlərinə görə ABŞ İŞİD-in mövqelərinə yalnız İraqda deyil. Eləcə də Suriyada zərbələr endirməyə hazırdır.

“Biz terrorçulara qarşı harda olmalarından asılı olmayaraq mübarizə aparacayıq”, – o qeyd edib.

Rusiya XİN isə öz növbəsində Dəməşq və BMT Təhlükəsizlik Şurası ilə  razılaşmadan endirilən belə aviazərbələri aqressiya kimi nəzərdən keçirir.

“BMT TŞ müvafiq qərarı olmadan bu addım aqressiya aktı və beynəlxalq hüququn pozulması olardı”, – Rusiya xarici siyasət idarəsinin nümayəndəsi Sergey lukaşeviç bəyan edib.

ABŞ sentyabr ayının 5-də İraq və Suriyada radikal islamçılara qarşı mübarizə koalisiyasının yaradılmasını bəyan edib.

“İslam dövləti” – 2006-cı ildə yaradılmış, Suriya, Livan və İraq ərazisində sünnə dövləti yaratmağı özümə məqsəd qoymuş terrorçu islam təşkilatıdır. Təşkilatın əsası “Əl-Qaida” ətrafında birləşmiş 10 radikal islamçı qrupdan ibarət olub.  

2013-cü ildə İD qruplaşmasının yaraqlıları Suriyada hakimiyyət əleyhinə mübarizəyə başladılar. 2014-cü ilin yayında İD silahlı qüvvələri İraqda tamm iqyaslı hücumlara başladılar, bu zaman qısa müddət ərzində islamçılar Tikrit, Mosul kimi şəhərləri nəzarət altına alaraq, Bağdada yaxınlaşdılar.

www.oxu.az