Təhsil Nazirliyi məsləyə aydınlıq gətirib…
Təhsil Nazirliyi məsləyə aydınlıq gətirib.
Azərbaycanda dərs müddətinin bitmə vaxtı açıqlanıb.
Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Hazırda həmin qərar qüvvədədir.
Təhsil Nazirliyi dərs ilinin uzadılmasını, şagirdlərin tətil günlərini, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən təkliflər paketini hökumətə təqdim edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hökumət nazirliyin təklifinə hələlik cavab verməyib.