Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər…

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Ombudsman Aparatında SİA-ya verilən məlumata görə, məqsəd BİT-in tibb-sanitar hissəsində saxlanılma şəraiti və göstərilən tibbi xidmətin qiymətləndirilməsindən ibarət olub. Araşdırma zamanı MPQ üzvləri tibb-sanitar hissəsinin palatalarına, cərrahi, stomatoloji, rentgen, dərmanların saxlandığı və digər otaqlara, laboratoriyaya, eyni zamanda 20-dən çox qeydiyyat jurnallarına baxış keçirib, 40-dan çox saxlanılan şəxslə müalicə olunduqları palatalarda görüşüb, onların sağlamlıq durumları, onlara göstərilən tibbi xidmətlə maraqlanmış və tibbi kitabçaları ilə tanış olublar.

Saxlanılan şəxslərlə söhbət zamanı tibb-sanitar hissəsində saxlanılma şəraiti, müalicə məsələləri və rəftarla bağlı şikayət daxil olmayıb, aşkar edilmiş xırda nöqsanlar MPQ üzvlərinin tövsiyəsi ilə müəssisə rəhbərliyi tərəfindən yerində aradan qaldırılıb.

 

 

 

Sia.az