Ötən il Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə 103 min 741 zəng daxil olub

Ötən il Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 – Çağrı Mərkəzinə 103 min 741 zəng daxil olub.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 93 min 224-ü Azərbaycan, 9775-i rus, 742-si isə ingilis dillərində cavablandırılıb.  Qəbul edilən zənglərin 6415-i daimi, 19 min 744-ü isə müvəqqəti yaşama icazələri, 10 min 843-ü olduğu yer üzrə qeydiyyat, 10 min 670-i vətəndaşlıq məsələləri, 4869-u iş icazələri, 4339-u inzibati xəta, 46 min 861-i isə digər məsələlərlə əlaqədar olub.

İl ərzində Dövlət Miqrasiya Xidmətinə 1704 zəng sifarişi edilib. Daxil olmuş zəng sifarişləri ilə əks-əlaqə yaradılıb və suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.