Özbəkistanın Azərbaycana yeni səfiri təyin edilib

Baxrom Aşrafxanov Özbəkistanın Azərbaycandakı yeni səfiri təyin edilib.

 Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Baxrom Aşrafxanov bundan əvvəl Özbəkistan Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru olub. İndiyədək isə B. Aşrafxanov müxtəlif vəzifələrdə çalışıb, Özbəkistan Maliyyə nazirinin müavini, bu ölkənin Rusiya Federasiyasındakı səfiri olub, həmçinin digər yüksək vəzifələrdə çalışıb.

AZƏRTAC