Parlamentari: Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır…

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə Böyük Britaniyanın Lordlar Palatasının üzvü, “Global Counsel ” təşkilatının sədri Piter Mandelson deyib.

Onun sözlərinə görə, münaqişə, heç şübhəsiz ki, regiona qeyri-sabitlik gətirib: “Bu qeyri-sabitliyin tərəflər arasında münaqişənin sülh yolu ilə nizamlanması vasitəsilə aradan qaldırılması böyük əhəmiyyət kəsb edir “.

P.Mandelson qeyd edib ki, bu missiya ATƏT-in Minsk qrupuna həvalə edilib: “Biz ümid edirik ki, Minsk qrupunun bu istiqamətdə səyləri uğurlu olacaq “.

/Trend/