Prezident hakimi qanunvericiliyi kobudcasına pozduğuna görə işdən çıxarıb

Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Məlumata əsasən sərəncamla qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Report.az