AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 14-də Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul etmişdir…
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 14-də Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul etmişdir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri məmnunluqla xatırlandı, ölkələrimiz arasında strateji əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli.Az