Yanvarın 14-də Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfərə gedib…
Yanvarın 14-də Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfərə gedib.
Qeyd edək ki, dövlət başçısı yanvarın 15-də NATO-nun Brüsseldəki mənzil-qərargahına səfər edəcək. APA-nın NATO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İ. Əliyev alyansın baş katibi Anders Foq Rasmussenlə görüşəcək.
Onun Şimali Atlantika Şurasının iclasında çıxışı da nəzərdə tutulub./Apa/