Prezident İlham Əliyev və xanımı Soçidə Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edirlər

Fevralın 7-də saat 20.14-də Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlanmışdır…

Fevralın 7-də saat 20.14-də Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlanmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

 

Budəfəki Qış Olimpiadası Azərbaycan yığması üçün sayca beşincidir. Soçidə ölkəmizi 4 idmançı təmsil edir. Onlar idmanın iki növü üzrə yarışacaqlar. Kişilər arasında dağ-xizək idmanı yarışlarında Azərbaycanı Patrik Brahner və Sedrik Nots təmsil edəcəklər. Bundan əlavə, Yuliya Zlobina və Aleksey Sitnikov fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda Azərbaycanın bayrağı altında çıxış edəcəklər.

 

 

 

Trend.az