Putinə xəbərdarlıq edildi

Sazişin icrası 2016-cı ilin əvvəlinə qədər təxirə salınıb…

Sazişin icrası 2016-cı ilin əvvəlinə qədər təxirə salınıb.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq məktubu göndərib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, məktubda Avropa Komissiyasının sədri bildirir ki, Avropa Birliyi ilə Ukrayna arasında ticarət sazişini yalnız Kiyev və Brüssel dəyişə bilər, Moskva yox.

Məktubun mətninin bu gün açıqlandığı bildirilir.

Ukrayna ilə Avropa Birliyi arasında həmin sazişi Ukrayna parlamenti keçən ay təsdiqləyib. Ancaq sazişin icrası 2016-cı ilin əvvəlinə qədər təxirə salınıb.

Barrozu məktubunda Rusiyaya xəbərdarlıq edir ki, Rusiya yeni ticarət addımları atsa, bu Rusiya ilə Avropa Birliyinin Ukrayna sazişini təxirə salmaq haqda razılaşmasını dəyişə bilər.

www.oxu.az