Putin Sarkisyana söz verdi: Günahkarları cəzalandıracağıq

Telefon danışığı baş tutub…

Telefon danışığı baş tutub.

Rusiya prezidenti Vladimir Putin öz erməni həmkarı Serj Sarkisyanı əmin edib ki, Gümrüdəki faciə qısa bir müddətdə araşdırılacaq və günahkarlar cəzalandırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya dövləti başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Telefon danışığı zamanı Rusiya dövlətinin başçısı bir daha ölənlərin yaxınları, həmçinin bütün erməni xalqına başsağlığı verib.

“Putin həmçinin ümid edir ki, Gümrüyə gəlmiş rusiyalı həkimlər erməni həmkarları ilə birgə bu faciədən sağ çıxmış altı yaşlı Sergey Avetisyana yardım göstərə biləcəklər”, – deyə, Peskov bildirib. 

www.oxu.az