Putin: Ukraynada siyasi sabitlik yarana bilər

Rusiya prezidenti Ukraynada keçiriləcək parlament seçkilərindən danışıb…

Rusiya prezidenti Ukraynada keçiriləcək parlament seçkilərindən danışıb.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın parlament seçkilərinin ölkədə sabitliyi bərqərar edəcəyinə ümid bəslədiyini bildirib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Putin oktyabrın 26-da keçiriləcək seçkilərin gətirəcəyi sabitliyin Rusiya tərəfindən alqışlanacağını qeyd edib.

“Ukraynanın parlament seçkilərinin çoxdan gözlənilən siyasi sabitliyi təmin edəcəyinə ümüd edirəm”, – deyə Rusiya dövlət başçısı bildirib.

Putin bildirib ki, Ukraynanın iqtisadi və siyasi böhrandan çıxışı Rusiyanın maraqlarına xidmət edir. O, Ukraynanı Rusiyaya qardaş ölkə adlandırıb. Rusiya prezidenti iki ölkənin etnik, mənəvi, dini və tarixi ortaqlığı bölüşdüyünü deyib.

Eyni zamanda Rusiya lideri Ukraynaya xəbərdarlıq edərək, suverenliyi və ərazi bütövlüyünü qorumasının yalnız etnik ruslar və rusdilli əhali də daxil edilməklə, bütün vətəndaşlarının hüquqlarının təmin edildiyi halda mümkün olacağını bildirib.

www.oxu.az