“Türkiyə bütün regionun enerji həbi olacaq”…
“Türkiyə bütün regionun enerji həbi olacaq”.
Ləğv olunmuş “Cənub axını”nın əvəzinə Türkiyə ərazisində inşa olunacaq yeni qaz kəməri “Türk axını” adlandırıla bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada neft-qaz sahəsində strategiya üzrə keçirilən simpoziumda çıxışında bəyan edib.
“Prezident Putinin təklifinə əsasən biz qərara gəldik ki, yeni “Cənub axını”nı “Türk axını” adlandırmaq olar. O, Rusiyadan Qara dənizin dibindən Türkiyə ərazisindən Yunanıstan sərhədinə doğru inşa olunacaq. Türkiyə və Avropa onlara lazım olacaq qədər qaz əldə edə biləcəklər. Beləliklə, Türkiyə bütün regionun enerji həbi olacaq”, Ərdoğan deyib, Oxu.Az “Ria Novosti”yə istinadən bildirir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin dekabrın 1-də Türkiyəyə dövlət səfəri çərçivəsində “Qazprom” və Türkiyənin “Botas” şirkəti Qara dənizdən Türkiyə istiqamətinə illik 60 milyard kubmetr gücə malik qaz kəmərinin tikintisi üzrə anlaşma memorandumu imzalayıblar.
Bu həcmdən 14 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulub, yerdə qalan həcm isə – təxminən 50 milyard kubmetr Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq.