Qətərin investisiya qurumu Azərbaycanın kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlıdır

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin investisiya qurumu “Qətər Holdinq “in nümayəndələri ilə görüşüb…

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin investisiya qurumu “Qətər Holdinq “in nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi holdinq tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu imkanlarının araşdırılması olub.

H.Əsədov Azərbaycanla Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb. Bu məqsədlə aqrar sektorda birgə tədqiqatların aparılması, ixrac imkanlarının araşdırılmasının vacibliyini bildirən nazir meyvə, tərəvəz, bostan məhsulları istehsalı və emalında, həmçinin süd emalında müştərək müəssisələrin yaradılması və ixracı imkanlarının müəyyən edilərək bu sahədə əməkdaşlığa daim dəstək verəcəyini bildirib.

Holdinqin Biznesin inkişafı departamentinin rəis müavini Muhammed Al-Mosallam kənd təsərrüfatının Azərbaycan iqtisadiyatında mühüm yer tutduğunu, bu sahəyə investisiya qoyuluşunda maraqlı olduqlarnı qeyd edərək bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün hər iki tərəfdən əlaqələndiricilər müəyyən olunub.

Görüşdə Qətər Dövlətinin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Əl-Tani də iştirak edib.

 

Trend.az