Komitə partlayış baş verən bina ilə bağlı açıqlama verib…
Komitə partlayış baş verən bina ilə bağlı açıqlama verib.
Xırdalanda partlayış baş verən bina artıq tam təmir olunub və orada yaşayan vətəndaşlar öz evlərinə qaytarılıb.
Oxu.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.
Komitə rəsmisi bildirib ki, partlayış zamanı zərərçəkən qaçqın və məcburi köçkünlərin hər birinin evi təmir olunub.
Xatırladaq ki, bu ilin sentyabrın 8-də Xırdalan şəhərindəki 26-cı məhəllədə qaçqın və məcburi köçkünlərin yaşadığı yarımtikilidə baş verən dəhşətli partlayışda 4 nəfər ölüb, 8-i isə yaralanıb. Bina təmir olunana qədər zərərçəkənlər Xırdalan qəsəbəsində çadırlarda yerləşdirilmişdi. Binada əsasən Qubadlıdan olan məcburi köçkünlər məskunlaşıblar.