Tbilisidə “Yeni Tiflis İdman Sarayında”ında rəqs üzrə “Qafqaz Çempionatı-2019” yarışması keçirilib.
Trend-in məlumatına görə, Gürcüstan Rəqs Federasiyası tərəfindən təşkil edilən turnirdə Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadan olan rəqqaslar iştirak ediblər.
Turnir çərçivəsində fərqli yaş kateqoriyalarında və müxtəlif rəqs proqramları ilə bir neçə müsabiqə keçirilib. Yarışa Azərbaycandan “Jam SS”, “Buta rəqs ansamblı”, “Qarabağ rəqs kollektivi” qatılıb. Həmçinin hakimlər heyətində Azərbaycanın Rəqs Assosiasiyasının vitse-prezidenti Ülviyyə Həsənova Azərbaycanı təmsil edib.
“Qafqaz Çempionatı”nda birinci yerlərin sahiblərinin adları:
-ARA (Azərbaycan Rəqs Assosiasiyası) tərəfindən maliyyələşdirilən və ötən il keçirilən bütün turnirlərin “Bollivud” üzrə qalibi olan Dəniz Ramazanlı
-Ağcabədidən Qarabağ rəqs kollektivi “Vyana Valsi” adlı rəqsi ilə
-Müasir Solo (böyüklər) istiqamətində “Jam SS” məktəbini təmsil edən Nigar Soltanova
-Buta rəqs ansamblı duet (uşaqlar) Mirzəzadə Nuru və Abbasov Fidan “Bayram Rəqsi” pyesi ilə
-Buta rəqs ansamblı Bollivud üzrə duet – Abbasova Fidan və Abbasov Yusif
-Müasir duet (böyüklər) Nigar Soltanova, Umar Kadırov
Aprelin 7-də Tbilisi Dövlət Filarmoniyasında “Bahar rəngləri” rəqs festivalında Ağcabədidə yerləşən “Qarabağ rəqs kollektivi” “Şifon ilə rəqs” adlı rəqs nömrəsi ilə Azərbaycanın mədəniyyətini təmsil edib.
Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının idarə heyətinin üzvü Əziz Əzizov da öz fikirlərini bildirib: “Qafqaz Çempionatında Azərbaycandan iştirak edən 7 kollektivdən 6-sı qızıl medala nail oldu. Bununla onlar öz bacarıqlarını və qabiliyyətlərini təsdiqlədilər. Gələcəkdə Beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək üçün daha çox gənc və istedadlı sənətkarları göndərməyə çalışacağıq. Qeyd etmək istərdim ki, 14 aprel tarixində Şəki şəhərində “Qafqaz Kuboku” keçiriləcək. Qarabağ komandasının maliyyələşdirilməsi üçün Mədəniyyət Nazirliyinə və Ağcabədi şəhərinin İcra Hakimiyyətinə təşkilatçılar xüsusi təşəkkür edirlər”.
Trend