Qarabağın azərbaycanlı icmasının sədri AŞPA-da təmsil olunacaq

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə üzv seçilib.

“Report” xəbər verir ki, bununla da icma sədri AŞPA-da təmsil olunacaq.

Eyni zamanda, T.Gəncəliyev Azərbaycan – Kanada parlamentlərarası işçi qrupuna rəhbərlik edəcək.

Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.

O, 2018-ci ilin dekabrın 20-dən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.  

Report