Qazaxıstan Azərbaycan ərazisi ilə əlavə neft ixracı variantlarını öyrənir

Qazaxıstanda Rusiya istiqamətinə alternativ neft ixracı variantları, o cümlədən neftin Aktau limanı və Xəzər dənizi vasitəsilə Azərbaycana tədarükü məsələsi öyrənilir…

Qazaxıstanda Rusiya istiqamətinə alternativ neft ixracı variantları, o cümlədən neftin Aktau limanı və Xəzər dənizi vasitəsilə Azərbaycana tədarükü məsələsi öyrənilir. Trend-in məlumatına görə, bunu Qazaxıstan Milli İqtisadiyyatı Nazirliyindən “Novosti-Qazaxıstan ” agentliyinə deyiblər.

Nazirlikdən qeyd ediblər ki, mövcud vəziyyətə görə, Rusiya əleyhinə sanksiyalar RF-dən Avropa İttifaqına neft-qaz tədarükünün dayandırılmasına, həmçinin Qazaxıstan neftinin Rusiyanın boru kəmərləri ilə tədarükünə təsir etməyəcək: “Bununla belə, neft ixracının şaxələndirilməsi məsələsi öyrənilir, Qazaxıstan neftinin daha potensial satış bazarı Çindir. Digər alternativ isə İranla olan variantdır “.

 

/Trend/