Qızıl Xaç Komitəsi nümayəndələri Azərbaycan sərhədini keçən erməniyə baş çəkib

Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb və bu məlumatlar onun ailəsinə çatdırılıb…

Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb və bu məlumatlar onun ailəsinə çatdırılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bir neçə gün əvvəl Azərbaycanın Qazax rayonunda sərhədi keçən Ermənistan vətəndaşına baş çəkiblər.
 
Oxu.Az xəbər verir ki, BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın 
APA-ya bildirdiyinə görə, görüş sentyabrın 8-də baş tutub.
 
BQXK nümayəndələri saxlanılan şəxsin ailə üzvlərini və Ermənistan hakimiyyətini görüş barədə məlumatlandırıblar. Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb və bu məlumatlar onun ailəsinə çatdırılıb.
 
Qeyd edək ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib. 

www.oxu.az