“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin növbəti sayı çıxıb

“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin növbəti – cari ilin ilk sayı çapdan çıxmışdır. Qəzet Şərqdə ilk demokratik respublikanın banisi Məhəmməd Əmin Pəsulzadənin 130 illik yubileyi və bununla bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) elmi-praktik konfaransına həsr olunmuş baş məqalə ilə açılır…

“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin növbəti – cari ilin ilk sayı çapdan çıxmışdır. Qəzet Şərqdə ilk demokratik respublikanın banisi Məhəmməd Əmin Pəsulzadənin 130 illik yubileyi və bununla bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) elmi-praktik konfaransına həsr olunmuş baş məqalə ilə açılır.

Son zamanlarda Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yaranmış gərginlik və dünya ictimaiyyətinin münaqişəyə laqeyd münasibətindən bəhs olunan “Narahatçılıq və hiddət” başlıqlı redaktor sütunu maraqlı və düşündürücü sonluqla bitir: “Beləliklə, razılığa gəlmək mümkün deyil, güc tətbiq etmək olmaz, vasitəçilər boşboğazlıqla məşğuldurlar. Onda bəs biz – əraziləri işğal olunmuş ölkə nə etməlidir?!”

Oxucular bu sayda xalqımızın qanlı və şanlı tarixi olan 20 Yanvar hadisələrinin 24-cü ıldönümü və onunla bağlı AVCİYA-nın tədbiri haqqında, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev barədə məqalələri, tarix elmləri doktoru F.İbrahimlinin “Aprel işğalı (1920-ci il) və Qarabağ regionunda ictimai-siyasi situasiya”, R.Arakelovun “Qarabağ dəftəri” adlı yazılarını, həmçinin “Sərsəng su anbarı: həyat çeşməsi və təhlükə məndəyi”, “Qarabağ atı və bu unikal cinsin həsəd ararılmayacaq taleyi”, “Ermənistan – beynəlxalq terrorizm ocağı”, “Erməni vandalizmi (1905-1906), (1918-1920)” və sair materialları oxuya bilərlər.