Türkmənistan və Azərbaycanı ümumi tarixi köklər və mənəvi-əxlaqi dəyərlər bağlayır. Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə görüşündə bildirib…
Türkmənistan və Azərbaycanı ümumi tarixi köklər və mənəvi-əxlaqi dəyərlər bağlayır. Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə “Türkmən Dövlət Xəbərləri ” (TDX) xəbər xidmətinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Dövlət başçısı qeyd edib: “Xalqlarımızı qədimdən ümumi tarixi köklər, mədəni ənənələr və mənəvi-əxlaqi dəyərlər bağlayır “.
Q.Berdiməhəmmədovun sözlərinə görə, Türkmənistan bundan sonra da mehriban qonşuluq ənənələrinin möhkəmləndirilməsi və mədəni-humanitar sahədə, qardaş türkmən və Azərbaycan xalqlarının yaxınlaşması, ümumi çox zəngin irsin tədqiqi və populyarlaşdırılması, ən müxtəlif sahələrdə sıx əlaqələrin qurulmasında konstruktiv əməkdaşlığın inkişafıa yönəldilmiş səyləri artırmaq niyyətindədir.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadə iştirak ediblər.
Görüş A.Paşazadə deyib: “Türkmənistan lideri tərəfindən yürüdülən ümumi sülhün və təhlükəsizliyin təminatına istiqamətlənmiş siyasət Qafqazda tamamilə dəstəklənir. Müstəqil Türkmənistan hər şeydən əvvəl ümumi maraqlarda geniş beynəlxalq əməkdaşlığın qurulması kursunu seçib, dünyanın bütün dövlətləri, həmçinin Qafqaz ölkələri ilə iqtisadi, mədəni-humanitar əlaqələri ildən-ilə möhkəmləndirərək “açıq qapı ” siyasətini uğurla həyata keçirir “.