Ramil Usubov bir neçə rayona rəis təyin etdi

Cahangirov bir neçə ay sərəncamda olub…

Cahangirov bir neçə ay sərəncamda olub.

 

Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı əmrə əsasən, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Məmmədov tutduğu vəzifədən azad edilərək Füzuli Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

 

18-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

 

Nazirin digər əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Füzuli Şıxəliyev Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, bu ilin yanvarında Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir R.Usubov Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini ciddi tənqid edib və onun rəhbəri olduğu polis şöbəsini yoxlamağı tapşırıb.

 

Əlavə edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, bir neçə ay əvvəl öz raportu ilə işdən çıxan Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini polkovnik Azər Cahangirov Baş Cinayət Axtarış İdarəsinə təyinat alıb.

 

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Azər Cahangirov 2013-cü ilin noyabrında Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş edib.

 

Raportu əsasında tutduğu vəzifədən azad edilən A.Cahangirov bir neçə ay sərəncamda olub.

/oxu.az/