Ramzan Kadırov İŞİD-i “şeytan yığıncağı” adlandırıb

“Çeçen respublikasında biz onların hamısını məhv etmişik”…

“Çeçen respublikasında biz onların hamısını məhv etmişik”.

Kadırov, vahabilərin moizələrinə heç kimin qulaq asmaması üçün İnternetin söndürülməsinə tərəfdar çıxıb. Onun sözlərinə görə “bu siyasi, iqtisadi və sosial planda böyük minusdur,amma biz bir-birimizi öldürməzdik”.

Oxu.Az “İnterfaksa” istinadən xəbər verir ki, Kadirov həmçinin, İD-ni “şeytan yığıncağı” adlandırıb; o, ölkədən İD tərəfindən döyüşə gedəcək hər kəsi öldürməyi vəd edir, və gənclərin düzgün tərbiyəsini çətinləşdirən İnternetin söndürülməsinə tərfdar çıxıb.

 “Əvvəl daha raht idi işləmək, moizəni insanlar oxuyurdu. İndi isə internet var və gənclər moizələri oradan dinləməyi sevir. Vaxt var idi ki, ölkəmizdə internetin işlməsini arzu edirdim, indi isə onun söndürülməsini istəyirəm”, – Kadırov bəyan edib.

Onun sözlərinə görə, “bu siyasi, iqtisadi və sosial planda böyük minusdur,amma biz bir-birimizi öldürməzdik”. “İstənilən evdə internet var. Hər kəs istənilən an hansısa vəhabinin moizəsini dinləyə bilər. Hətta evdə mənim uşağım belə hansısa bir moizəyə rast gələ bilər. Buna görə də bizim imalarımız sosial şəbəkələrdə də işləyirlər”, – respublika başçısı bildirib.

O, İD islam dövləti adlandırmamağı xahiş edib. “Bu şeytan yığıncağıdır, məqsədləri mümkün qədər çox pul qazanmaqdır. Onlar Qərb və Avropanın sərəncamalrına yerinə yetirərək, məqsədyönlü şəkildə müsəlmanları məhv etməklə məşğul olurlar”, – Kadırov qeyd edib.

www.oxu.az