“İnvestisiya yatırılası çox yerlər var”…
“İnvestisiya yatırılası çox yerlər var”.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq AbdullayevSOCAR-ın Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin 66% səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqlənməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, APA-Economics-in məlumatına görə, R.Abdullayev bildirib ki, bu yoxlamalar normal bir prosesdir: “Bu proses Avropa İttifaqına aid olan ölkələrdə bir az mürəkkəb həyata keçirilir. Yunanıstan da sözügedən birliyin üzvü olduğu üçün istər-istəməz biz də bu prosesləri keçməliyik. Hal-hazırda bu istiqamətdə iş gedir. Bu layihə daha çox Yunanıstana lazımdır. Digər halda investisiya yatırılası çox yerlər var və daha gəlirli layihələr mövcuddur. Bu layihə isə artıq Yunanıstanın marağındadır”.