“Avropa Şurası Parlament Assambleyasında Qarabağla bağlı Alt Komitə çoxdan yaransa da, indiyədək fəaliyyət göstərmir. Ermənilər onun fəaliyyətini dayandırıblar…
“Avropa Şurası Parlament Assambleyasında Qarabağla bağlı Alt Komitə çoxdan yaransa da, indiyədək fəaliyyət göstərmir. Ermənilər onun fəaliyyətini dayandırıblar. AŞPA-nın Qarabağla bağlı Alt Komitəsinin fəaliyyətinin dayandırılması böyük problemdir”. Bunu Modern. az-a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, ölkə prezidentinin uğurlu fəaliyyəti xaricdə Azərbaycanın nüfuzunu daha da qaldırır: “AŞ PA-da həddindən artıq ciddi qərar qəbul edilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında olması, ondan əlavə 7 rayonun işğal faktı və son dövrlərdə təmas xəttində atəşkəsin ciddi pozulması narahatlıq doğurur. Bununla bağlı siyasi komitədə bu məsələyə baxılıb və məruzəçi təyin olunub.
Məruzəçinin təyin olunmasında ermənipərəst qüvvələr erməni lobbisinin hesabına onları qane edən deyil, əksinə azad fikirli, ədalətli mövqedə olan Robert Volter məruzəçi seçildi. Eyni zamanda, ermənilər komitə iclası zamanı məruzənin adını dəyişdirmək istəyirdilər. Onu da bacarmadılar. Çünki haqq-ədalət öz yerini tapdı. Artıq Azərbaycanın xarici siyasəti ölkə prezidenti cənab İlham Əliyevin sayəsində uğuru uğurun ardınca gətirir. Bu da bizim üçün çox vacibdir. Ona görə ki, Azərbaycanın mövqeyi ərazi bütövlüyümüzü məhz sülh yolu ilə həll etməkdən ötrü vacib olan amillərdən ötrüdür. Son dövrlərdəki xarici siyasətin uğurları hər birimizi sevindirir. AŞ PA kimi nüfuzlu bir təşkilat ədalətli mövqedən çıxış edir. Baxmayaraq ki, Strasburq Fransanın şəhəridir, bu ölkədə erməni lobbisi güclü olsa da, son dövrlərdə bu problem aradan qaldırılır. Həm ölkə prezidentinin fəaliyyəti, həm də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın parlamentlərarası işçi qrupunun rəhbəri kimi fəaliyyətinin nəticəsi olaraq Fransada artıq ədalətli mövqeyi eşitməyi bacarırlar.
Ona görə də AŞ PA-da bu kimi qərarın çıxmasını, xüsusilə Elxan Süleymanovun fəaliyyətini qeyd etməyi vacib hesab edirəm. Təbii ki, bütün heyət öz işini kifayət qədər apara bilir. Çox böyük nüfuza və mövqeyə malik olan bizim qrupun rəhbəri Səməd Seyidov var. Amma bu qərarla bağlı və bu qərardan da heç az əhəmiyyəti olmayan Sərsəng su anbarı ilə bağlı digər bir məruzəçinin təyin olunması göz önündədir”.
/Modern.az/