Rusiya İŞİD-ə qarşı mövqeyini açıqladı

Rusiya beynəlxalq hüququ pozmaqla koalisiyaya qatılmayacağını elan edib…

Rusiya beynəlxalq hüququ pozmaqla koalisiyaya qatılmayacağını elan edib.

Rusiya Xarici İşlər Nazirliyi Moskva və Vaşinqton arasında İŞİD-ə qarşı mübarizədə razılaşma əldə olunmadığını açıqlayıb.

Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, kəşfiyyat əməkdaşlığı mövzusunda əməkdaşlığın olmayacağını deyən nazirlik BMT Təhlükəsizlik Şurasının qərarı olmadan, beynəlxalq hüququ pozmaqla koalisiyaya qatılmayacağını elan edib.

Nazirliyin verdiyi məlumata görə, Lavrov son görüşündə Con Kerrini prezidentlər səviyyəsində beynəlxalq terrorçuluğa qarşı əməkdaşlığı nəzərdə tutan komissiyanın işləri sona çatdırdığı barədə məlumatlandırıb.

Xatırladaq ki, bir müddət öncə dünya mediasında Parisdə baş tutan görüşdə Con Kerri ilə Lavrov arasında İŞİD-ə qarşı əməkdaşlıq barədə razılıq əldə olunduğu xəbərləri yer almışdı.

www.oxu.az