“Neftin dünya qiymətlərinin enməsinə səbəb o cümlədən spekulyasiya oyunudur”…
“Neftin dünya qiymətlərinin enməsinə səbəb o cümlədən spekulyasiya oyunudur”.
Neftin qiyməti yaxın zamanda neft istehsalçıları üçün sərfəli olan bir barel üçün 90-110 diapazonuna qayıdacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib.
O qeyd edib ki, bir barel üçün neftin qiyməti 80-90 dollara enərsə neftqaz sahəsində bir çox layihələr, o cümlədən ABŞda qeyri-rentabelli olacaq.
“Bu neft təklifinin enməsinə səbəb olacaq”, – o qeyd edib.
Bundan başqa onun sözlərinə görə, Rusiyadan qazın hasilatı 2014-cü ildə 650 milyard kubmetr olacaq, 2013-cü ildə bu göstərici 668 milyard kubmetr idi.
Daha öncə Rusiya prezidenti Putin bəyane dib ki, əgər neftin qiyməti bir barel üçün 80 dollara düşərsə dünya iqtisadiyyatı dağılacaq.
Ekspertlər hesablayıblar ki, neftin qiymətində düşən hər dollar Rusiya büdcəsinin 2 milyard dollar azalamsı deməkdir.
Energetika nazirliyinin rəhbəri Aleksandr Novak bəyan edib ki, neftin dünya qiymətlərini enməsinin səbəbi həmçinin spekulyasiya oyunudur.