Rusiya Qərbin aviaşirkətlərini hədələdi

Dmitri Medvedev Rusiyanın İHAM-dan çıxma ehtimalını şərh etdi…

Dmitri Medvedev Rusiyanın İHAM-dan çıxma ehtimalını şərh etdi.

Rusiyaya qarşı “enerji, maliyyə sektorunun məhdudlaşmasına dair sanksiyalar tətbiq edilərsə biz assimetrik cavab verməli olacayıq” – Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, “Vedomosti” qəzetinə verdiyi müsahibəsində hakimiyyət başçısı, söhbətin Qərbin aviaşirkətlərinin təyyarələrinin uçuşu üçün qapalı olacağını bir daha dəqiqləşdirdi.

“Əgər qərb daşıyıcıları bizim hava məkanımızdan kənar uçmağa başlasa, bu aviaşirkətlərinin müflis olmasına gətirib çıxaracaq”, – o izah edib.

Rusiya tərəfindən tətbiq edilmiş cavab sanksiyalarından – bir sıra ərzaq mallarının gətirilməsinə dair qadağalardan danışarkən isə Medvedev, “niyə görə isti regionları olan, nəhəng ölkə” daima “xarici meyvə yeməlidir” sualı ilə çıxış edib və “həddən artıq effektiv bağçılıq yaradan” Polşanı misal göstərib.

Müsahibədə həmçinin baş nazir Rusiyanın İnsan Haqları üzrə Avropa Məhkəməsindən  (İHAM) çıxma ehtimalını və ölkə konstitusiyasından beynəlxalq razılaşmaların prioritetinin ləğv edilməsini şərh edib.

Onun sözlərinə görə, beynəlxalq hüquq sistemi “hal-hazırda çox mürəkkəb zaman yaşayır”, İHAM-nin bəzi qərarları isə “hüquq və siyasət arasında”dır.

Avqustda İHAM-ın qərarlarının çoxunun “siyasiləşdirildiyi”ni, Yaltada duma fraksiyalarının nümayəndələrinin görüşündə Vladimir Putin bəyan etmişdi.

www.oxu.az